HADİSƏ

Çağırışa gedən həkim ağır xəsarət aldı

Həkim dayanmış vəziyyətdə olan qatarın altından keçərkən qatar hərəkətə başlayıb.
Sputnik
BAKI, 13 fevral - Sputnik. Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.
Təcili Tibbi Yardım stansiyasının həkimi, 1971-ci il təvəllüdlü Quliyev Vüqar Bəyazəddin oğlu dayanmış vəziyyətdə olan qatarın altından keçərkən qatar hərəkətə başlayıb.
Bu zaman həkimin ayağı qatarın altında qalaraq ağır xəsarət alıb. V.Quliyev xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.