BAKI, 11 fevral — Sputnik. İsmayıllıda məktəbdə qan düşüb, 40 yaşlı işçi öldürülüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin xəbərinə görə, dəhşətli qətl hadisəsi bu gün İsmayıllının Basqal kənd tam orta məktəbində baş verib.
İlkin məlumatlara görə kənd sakini 25 yaşlı Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi olan 40 yaşlı, 4 uşaq anası Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan G.Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində ölüb.
Qətli törətmiş şəxs yerindən uzaqlaşıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirir.
Xatırladaq ki, hadisəni tərətməkdə şübhəli bilinən B.Əhmədli Basqal kənd tam orta məktəbində mühafizəçisidir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.