BAKI, 11 fevral — Sputnik. 14 fevral saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Xatırladaq ki, ötən ilin noyabrın 10-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilmişdi.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.