HADİSƏ

Oğuzda yanğın baş verib - Dağıntı var

Hadisə yerinə iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib.
Sputnik
BAKI, 11 fevral — Sputnik. Oğuz rayonundakı ictimai-iaşə müəssisələrindən birində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün radələrində rayon mərkəzindən 20 km aralıda yerləşən Xal-xal kəndində baş verib.
Oğuzda yanmış kafe
Kənd sakini Natiq Şəfiyevə məxsus ümumi sahəsi 96 kv metr olan kafe içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə yerinə iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib. Alov söndürülüb vəətrafa yayılmasının qarşısı alınıb. Yanğının başvermə səbəbi araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.