BAKI, 11 fevral — Sputnik. Bakının iki rayonunda bu axşam su kəsiləcək.
Sputnik Azərbaycan-a "Azərsu"dan daxil olan məlumata görə, magistral su kəmərində qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Xatırladaq ki, bir neçə gün öncə də bənzər hadisə baş vermişdi. Magistral su xəttində yaranmış qəzanın aradan qaldırılması ilə əlaqədar 5 fevral 2022-ci il tarixində Binəqədi rayonu Xocasən və Sulutəpə qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.