HADİSƏ

TIR qəzasında ölənlərin sayı üç nəfərə çatıb, yaralılar var

Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var.
Sputnik
BAKI, 10 fevral — Sputnik. Dünən Bakı-Gəndob-Yalama yolunun 10-cu km-də rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində baş verən qəzada yaralananlardan biri - 1960-cı il təvəllüdlü Babayeva Səlminaz Xudat qızı da dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bununla da TIR-la 3 avtomobilin toqquşması ilə nəticələnən dünənki qəzada ölənlərin sayı 3 nəfərə çatıb .
***
09.02.22, 17:28
Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Gəndob-Yalama yolunun 10-cu km-də rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, ağır yük avtomobili 3 minik avtomobili ilə toqquşub.
Toqquşma nəticəsində 2nəfər dünyasını dəyişib, 4 nəfər yaralıdır.
Bakı-Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi
Məlumata görə, hərəkətdə olan "Schmıtz" markalı yük avtomobili, "VAZ-2106", "VAZ-21014" və "Opel" markalı minik avtomobilləri ilə toqquşub. Daha sonra yük avtpmobili yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 2014-cü il təvəllüdlü Həqiqət Kamil qızı Quliyeva və 1960-cı il təvəllüdlü Əli Hacıbaba oğlu Babayev hadisə yerində dünyasını dəyişib.
Bakı-Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi
Şabran rayon sakini Akif Abdulmən oğlu Quliyev, Xaçmaz rayon sakinləri - Tural Əjdər oğlu Nuriyev və Səlminaz Babayeva isə müxtəlif bədən xəsarətləri alıblar.
Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralı, Quba rayon sakini Zəbişah Əbdülhəq oğlu Əfəndiyev isə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.