BAKI, 10 fevral - Sputnik. Prezident İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatı münasibətilə təbrik edib.
M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd edib.
***
16:01
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti barədə fərman və sərəncamlarına dəyişiklik edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklərdə aşağıdakılar qeyd olunub:
"“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109; 2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, № 12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə 1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584; 2016, № 2 (II kitab), maddə 268, № 3, maddə 472; 2017, № 10, maddə 1780; 2018, № 7 (I kitab), maddə 1453; 2019, № 5, maddə 847; 2021, № 5, maddə 441; 2021, № 8, maddə 913) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “14 (on dörd)” sözləri “15 (on beş)” sözləri ilə əvəz edilsin və həmin bəndə “birinci vitse-prezidentindən” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin";
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamından (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 62) “Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılsın.
Beləliklə, Rövşən Nəcəf Prezidentin Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilərək Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunub. O, müvəqqəti olaraq, şirkətin prezidenti vəzifəsini icra edəcək. Rövşən Nəcəf 1982-ci ildə Bakıda anadan olub. 2020-ci il fevralın 11-dən etibarən iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışırdı.
SOCAR-ın əvvəlki prezidenti Rövnəq Abdullayev isə bu gün iqtisadiyyat nazirinin müavini təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: