SƏHİYYƏ

Hande Harmancı: Yayda normal həyata qayıda bilərik

Azərbaycan hökuməti epidemioloji şəraiti nəzərə alaraq qərarlar verir. Bəzi şəxslər pandemiyanın bitdiyini deyir, amma pandemiya bitməyib
Sputnik
BAKI, 10 fevral — Sputnik. Omikron ştammına yoluxmalarda artımlar görürük.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müşahidələr belədir ki, peyvəndləmə ilə əlaqədar ölüm halları azalıb: "Azərbaycan əhalisinin 47 faizini hər iki doza üzrə peyvəndləyərək, ÜST-ün 40 faiz hədəfini aşıb. Hamilələrin, xüsusi risk qrupunda olanların vaksinasiyadan keçmələri çox önəmlidir".
Peyvəndləməni artırsaq, yayda normal həyata qayıda bilərik
Hande Harmancı bildirib ki, yay aylarına qədər bütün lazımi tədbirləri görsək, peyvəndlənmə faizlərini artırsaq, daha normal həyata keçməyimiz mümkün olacaq.
O bildirib ki, Azərbaycan hökuməti epidemioloji şəraiti nəzərə alaraq qərarlar verir: "Bəzi şəxslər pandemiyanın bitdiyini deyir, amma pandemiya bitməyib. Bu vaxta qədər olan pandemiyalar kimi bu da bitəcək. Lakin bu, qoyulan tələblərə əməl etməklə mümkündür", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.