Bir idmançımız Pekin-2022-də çıxışını bitirdi

V.Litvintsevlə yanaşı, fiqurlu konkisürən Yekaterina Ryabova da medallar uğrunda yarışacaq.
Sputnik
BAKI, 10 fevral - Sputnik. Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb. O, yarışı 239,19 xalla 18-ci pillədə başa vurub.
Litvintsev sərbəst proqramda 155,04 xal, qısa proqramda isə 84,15 xala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. V.Litvintsevlə yanaşı, fiqurlu konkisürən Yekaterina Ryabova da medallar uğrunda yarışacaq. Y.Ryabova fevralın 15-də və 17-də mübarizə aparacaq.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.