BAKI, 10 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,36 dollar artaraq 97,46 dollar olub.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 91,28 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar ucuzlaşaraq 89,49 dollar olub.
ABŞ-da neft ehtiyatlarının azalması davam edir
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 4 milyon 756 min barel azalıb. Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının dərc etdiyi hesabatda bildirilib.
Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 369 min barel artacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.