BAKI, 9 fevral - Sputnik. Ötən gün imzalanan fərmanın jurnalistlər üçün tikilmiş "üçüncü bina" ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyil. Bunu Report-a müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
"Cənab Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq “Üçüncücü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur", - deyə icraçı direktor vurğulayıb.
Daha sonra qurum rəsmisi bildirib ki, qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir:
"Bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyil. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.