BAKI, 9 fevral - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı peyvənd etməyi tövsiyə etməyə davam edir. Çünki bu, "uzun covid"ə qarşı təsirli ola bilər. Lakin bədəni virusdan qorumaq üçün nə qədər gücləndirici dozanın lazım ola biləcəyi barədə hələ dəqiq məlumat yoxdur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ÜST-ün qlobal epidemioloji təhlükələrlə iş üzrə direktoru Silvi Brand deyib.
"Omikronun uzunmüddətli covid-ə səbəb olub-olmayacağını bilmirik. Ümid edirik ki, yox. Çünki digər ştammlarla yoluxduğumuz zamandan daha az təhlükəli fəsadlar görürük. Ümid edirik ki, virus insanlara daha çox uyğunlaşıb. Buna görə də COVID-19-a qarşı peyvənd etməyi tövsiyə etməkdə davam edirik. Çünki bu, "uzun kovid"in təsirini azalda bilər. Peyvəndin "omikron" üçün də eyni şəkildə işləyə biləcəyini göstərən tədqiqatlar var" dedi.
Bununla yanaşı, Brand qeyd edib ki, ÜST insanı virusdan tam qorumaq üçün nə qədər gücləndirici peyvənd dozasının lazım olduğunu bilmir:
"Bizim nə qədər gücləndiricilərə ehtiyacımız olacağını bilmirik, çünki çoxlu müşahidə tarixçəmiz yoxdur. Nə qədər çox peyvənd vursanız, bir o qədər zərərsizləşdirici antitellərin artacağına dair bir nəzəri model var. Ancaq bunun müdafiənizi əhəmiyyətli dərəcədə artırıb-artırmayacağı hələ də müzakirə olunur".
Onun sözlərinə görə, pandemiya dinamik xarakter daşıyır və hələ tam başa çatmayıb. Ona görə də yeni infeksiya dalğaları, həmçinin yeni ştammların yaranması mümkündür.
Bununla bağlı ÜST dünyada vəziyyətin gələcək inkişafı üçün üç mümkün ssenarini nəzərdən keçirir:
Вакцина против COVID-19 Sinovac, фото из архива
© AFP 2024 / LUIS ROBAYO
Birinci variant, virusun yüksək yoluxucu, lakin daha az təhlükəli olmağa davam edəcəyini və əlavə xəstəlikləri olmayan insanların asanlıqla dözəcəyini nəzərdə tutur;
İkinci ssenari, dünyanın adi qrip üçün olduğu kimi Sars-CoV-2 və onun ştammına qarşı effektiv peyvəndlər hazırlayacağını nəzərdə tutur;
Üçüncü ssenari, insanlarda ümumiyyətlə zəif immunitetə malik olduğu variantı nəzərdə tutur ki, bu halda dünya yenə 2020-ci il səviyyəsinə qayıda bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: