BAKI, 9 fevral — Sputnik. Səhiyyə Nazirliyi buster doza ilə bağlı yenidən əhaliyə çağırış edib.
Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hələ də koronavirus əleyhinə antiviral preparatların olmadığını xatırladıb.
O qeyd edib ki, verilən dərman vasitələri məhdud şəkildədir:
"Bu gün bütün dünyada COVID-19-la mübarizənin ən düzgün yolu vaksinasiyadır. Buster doza vurulandan sonra qoruyuculuğun xeyli artması elmi araşdırmalarla təsdiq olunub. Ona görə də bir sıra ölkələr tövsiyə edib ki, buster doza qəbul edilsin. Azərbaycan da həmin elmi araşdırmaları və beynəlxalq təcrübəni nəzərə alaraq, vətəndaşlarına buster doza tövsiyə edib".
"Prosesdə aktiv iştirak etmək lazımdır ki, üzümüzə gələn növbəti dalğalarda daha ağır xəstlənməyək. Çünki hətta buster dozanın vurulması növbəti iki həftə ərzində immuniteti artırmış olur. Güman edirik ki, sonuncu dalğa daha qısa müddətli olacaq. Risk qrupuna aid olan şəxslər ilk növbədə buster doza almalıdır. Həmçinin qoyulan qaydalara da ciddi əməl edilməldir".
COVID-19-un "Omicron" variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: