HADİSƏ

Dəm qazı daha bir gəncin həyatına bais oldu

Məsələ ilə bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Qusarda iyirmi yaşlı gəlin dəm qazından boğularaq həlaq olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bədişqala kəndində baş verib.
Məlumata görə, 2002-ci il təvəllüdlü Balabəyova İndira Mövlud qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib. O, hamamda huşsuz vəziyyətdə tapılıb.
Məsələ ilə bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb.
Xatırladaq ki, yanvarın 22-də dəm qazı Mingəçevirdə ana və 2 qızı dəm qazından zəhərlənib, onlardan biri dünyasını dəyişib.
Bədbəxt hadisə şəhərin Yeni Həyat qəsəbəsində baş verib. Hamam otağında ana 32 yaşlı Aişə Şirinova və onun övladları Lalə ilə Nigarı husşsuz vəziyyətdə yaxınları aşkarlayıb. Dərhal Təcili yardım birqadası ilə onlar Xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq 7 yaşlı Nigar Şirinovanın həyatını xilas etmək mümkün olmayıb. Uşaq dünyasını dəyişib. Dəm qazından zəhərlənərək ağır durumda Mingəçevir Şəhər Xəstəxanasına çatdırılan ana Aişə Şirinova və onun böyük övladı, 10 yaşlı Lalə Şirinova reanimasiya şöbəsinə yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.