BAKI, 8 fevral — Sputnik. Təhsil Nazirliyi bakalavr ixtisası fərqli, magistr təhsili isə müəllimlik olanların müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) imtahanlarında iştirak etmələrinə icazə verilib-verilməməsi məsələsinə aydınlıq gətirib.
Sputnik Azərbaycan xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində baza təhsili (bakalavr) müəllimlik ixtisası olan namizədlərin ərizəsi qəbul olunur:
"Həmin şəxslər müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanırlar".
Qeyd edək ki, gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.
İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli belə demişdi. Səbəb olaraq isə izah olunur ki, bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Nazir müəllimi müdafiə etdi: Sərt cəza tədbirləri qəbuledilən deyil