BAKI, 8 fevral — Sputnik. Moskva ilə dialoqun qurulması Avropada sülhün təmin olunması üçün zəruri şərtdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə keçiridiyi görüşdən sonrakı mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron bildirib ki, Rusiya Avropa ölkəsidir:
"Biz Avropanın gələcəyini qurmaq üçün Rusiya ilə birgə işləməliyik".
O, eyni zamanda vurğulayıb ki, bir sıra qlobal məsələlərin həlli üçün Rusiya ilə dialoqun qurulması önəm kəsb edir. Makron qeyd edib ki, rəsmi Paris Rusiya ilə ikitərəfli yaxşı əlaqələrin qurulmasında maraqlıdır.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 7-də Rusiyaya səfər edib. Bu gün isə o, Ukraynaya səfər edəcək.
Президент РФ Владимир Путин и президент Франции Эммануэль Макрон на церемонии официальной встречи в Елисейском дворце
© Sputnik / Aleksey Nikolskiy
/ Xatırladaq ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.