MƏDƏNİYYƏT

Əməkdar rəssam vəfat edib

Yetmiş dörd yaşlı rəssam bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib
Sputnik
BAKI, 8 fevral — Sputnik. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin direktoru, Respublikanın Əməkdar rəssamı, professor Fikrət Həşimov vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya sənətşünas Ziyadxan Əliyev məlumat verib.
Qeyd edək ki, 74 yaşlı rəssam bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Fikrət Həşimov 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adıma rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində, İ.Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.
2002-ci ildə rəssam "Əməkdar rəssam" fəxri adı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.