SƏHİYYƏ

COVID-19-dan sonra orqanizmin bərpası üçün hansı içkilər faydalıdır

Diyetoloq xəbərdarlıq edib ki, əgər içki soyuyarsa, ona qaynar yox, isti su əlavə etmək lazımdır.
Sputnik
BAKI, 8 fevral — Sputnik. COVID-19-dan sonra hansı içkilər əks göstəriş kimi hesab edilir, hansılar isə əksinə, orqanizmin infeksiyadan sağalmasına kömək etməyə qadirdir. Bu barədə diyetoloq Anjelika Düval Sputnik radiosuna verdiyi müsahibədə bildirib.
Diyetoloq qeyd edib ki, xəstəlik zamanı əsas içki su olmalıdır, o, həm də koronavirus infeksiyasından sonra sağalma dövründə də əsas içki olaraq qalır. Ancaq daha sürətli güc əldə etmək üçün rasiona giləmeyvə içkiləri və dəmləmələri də əlavə etmək olar. Giləmeyvə içkilərinin hazırlanması üçün diyetoloq çaytikanıdan və mərcanıdan istifadə etməyi tövsiyə edir.
"İki litr suyu 80 dərəcəyə kimi çatdırdıqdan sonra təxminən 200 qram yuyulmuş giləmeyvələri ora əlavə edirik. Şirin olması üçün çiyələk və çaytikanı, çiyələk və mərcanı əlavə etməyi məsləhət görürəm. Bundan sonra blenderlə onu həll edərək sağlam və canlı giləmeyvə içkisi əldə edirsiniz", - deyə Düval izah edib.
İçkini qaynatmaq məsləhət deyil, əks halda, müalicəvi effekt üçün tərkibində olan kifayət qədər vitamin miqdarını saxlamaq mümkün olmayacaq. Diyetoloqun sözlərinə görə, giləmeyvə içkiləri ilə yanaşı, yaşıl çay əsasında hazırlanan dəmləmələr də müalicəvi təsirə malikdir. Belə içkinin tərkibinə həm mərcanı, həm də bəzi meyvələr daxil ola bilər.
"Standart olaraq dəmləyirik: bir litr yarım suya iki xörək qaşığı yüksək keyfiyyətli yaşıl çay əlavə edirik. Tərkibinə iki portağal dilimi, bir və ya iki xörək qaşığı mərcanı qatırıq, dondurulmuş da ola bilər. Şirinləşdirməyi məsləhət görmürəm, qabığı soyulmuş almanı içkiyə doğramaq daha yaxşıdır. Bu içki təxminən 40-50 dəqiqə dəmlənməli və gün ərzində içilməlidir", - deyə həkim vurğulayıb.
Diyetoloq xəbərdarlıq edib ki, əgər içki soyuyarsa, ona qaynar deyil, isti su əlavə etmək lazımdır. COVID-19-dan sonra sağalma dövründə bəzi içkilərdən imtina etmək daha yaxşıdır. "Qadağan olunmuş siyahı"ya ilk növbədə qara çay və tünd qəhvə əlavə edilməlidir.
"Bundan əlavə, qadağan olunmuş siyahıya şirin qazlı içkiləri, qablaşdırılmış şirələri də əlavə edərdim. Bunu evdə hazırlamaq daha məsləhətlidir", - deyə Düval məsləhət görüb.
Koronavirus infeksiyasının ağır gedişinin qarşısını almaq üçün, hansı ki, bundan sonra orqanizmin uzun müddət sağalması lazım olacaq, mütləq peyvənd vurdurmaq daha yaxşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.