SƏHİYYƏ

"Omikron" ilə bağlı yeni xəbər - qapanmalar gözlənilirmi?

Harmancı deyib ki, ölüm saylarında artım yoxdur, bundan sonra da yeni ştammlar yarana bilər.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Dünyada olduğu kimi Azərbaycanda da "Omikron"la bağlı yoluxma sayında yüksək artım görünür.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".
O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.