CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanların evlərində donmasına görə cavabdeh olan şəxs vəzifəsindən azad olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yeni sərəncam imzalayıb.
Sputnik
BAKI, 7 fevral - Sputnik. Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.