II Elizabet hakimiyyətinin 70-ci ildönümü ərəfəsində ictimaiyyətə və ailəsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən müraciət yazıb və oğlu Şahzadə Çarlzın taxtda onu əvəz edəcəyi zamanda da xalqın eyni dəstək göstərəcəyinə ümid etdiyini bildirib.
Bundan əlavə, II Elizabet onu da qeyd edib ki, Çarlz kral olduqdan sonra onun həyat yoldaşı Kamilla kraliça - həyat yoldaşı statusunu alacaq.
Şahzadə Elizabet 6 fevral 1952-ci ildə atası Kral VI Georqun vəfat etdiyi gün kraliça olub. 2022-ci ildə 96 yaşı tamam olan II Elizabet hakimiyyətinin "platin" ildönümünü qeyd edən ilk Britaniya monarxı olacaq.
Fevral ayında İngiltərədə hava şəraiti ilə əlaqədar olaraq bayramların keçirilməsi yay aylarına təxirə salınır. İngiltərə monarxlarının rəsmi doğum günləri, əslində nə vaxt olmasından asılı olmayaraq, yayda qeyd olunur.
Yubileyin qeyd edilməsi çərçivəsində il boyu ölkə daxilində müxtəlif tədbirlər keçiriləcək və iyunun 2-dən 5-dək uzadılmış bayram həftəsonu ilə yekunlaşacaq. Həftəsonu Böyük Britaniya və Birlik ölkələrində bayram tədbirləri keçiriləcək.