CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kateqoriyadan olan hərbçilərin maaşları artırıldı

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Sputnik
BAKI, 7 fevral - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında" fərman imzalayıb.
Fərman Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Fərmanla Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.