SƏHİYYƏ

Bakıda koronavirusa görə bağlanan məktəblərin sayı açıqlanıb

Onlardan 30-da məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb, əyani dərslər bərpa edilib
Sputnik
BAKI, 7 fevral — Sputnik. Bakıda koronavirusa görə bağlanan məktəblərin sayı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdən 11-nin fəaliyyəti distant təhsil formasında davam etdirilir.
Bu barədə Oxu.Az-a açıqlama verən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, 11 məktəb üzrə 215 sinif distant tədrisdədir: "Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq oktyabr ayından bu günə kimi BŞTİ-nin tabeliyindəki məktəblərdən 41-nin fəaliyyəti distant təhsil formasında davam etdirilib".
M.Vəliyeva əlavə edib ki, onlardan 30-da məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb, əyani dərslər bərpa edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.