BAKI, 7 fevral — Sputnik. Bakının Nərimanov rayonunda dönərxanada yanğın olub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Köz tantuni köftə dönər" kafesində qeydə alınıb.
Nizami rayonu, Keşlə qəsəbəsində isə mebel sexində yanğın olub. Yanğından mühafizə qüvvələrinin vaxtında və çevik müdaxiləsi sayəsində sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m olan mebel sexinin içərisində 10 kv.m sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.