RUSİYA

Pakistanın Baş naziri İmran Xan Rusiyaya səfər edəcək

İmran Xanın nümayəndə heyətinə Pakistanın Nazirlər Kabinetinin nazirləri daxildir. Rusiyaya səfər dəvətinin Rusiya lideri Vladimir Putin tərəfindən edildiyi vurğulanır.
Sputnik
BAKI, 6 fevral - Sputnik. Pakistanın Baş naziri İmran Xan bu ay ikitərəfli səfərlə Rusiyaya gələcək.
Bu barədə “Wion” telekanalı xəbər verir.
“Pakistanın Baş naziri İmran Xan son 23 ildə (sonuncu dəfə sabiq Baş nazir Nəvaz Şərif 1999-cu ilin martında Rusiyaya səfər edib-red) Rusiyaya ikitərəfli səfər edəcək ilk baş nazir olacaq”, - Hindistan kanalı qeyd edib.
Məlumata görə, danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətləri, müdafiə məsələlərini, Əfqanıstandakı vəziyyəti və “Pakistan axını” qaz kəmərini müzakirə edəcəklər.
Report bildirir ki, Xanın nümayəndə heyətinə Pakistanın Nazirlər Kabinetinin nazirləri daxildir. Rusiyaya səfər dəvətinin Rusiya lideri Vladimir Putin tərəfindən edildiyi vurğulanır.
Bundan əvvəl Xan Vladimir Putinlə telefonla danışıb. Söhbət zamanı bir sıra məsələlər müzakirə edilib.