FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ötən həftənin ən parlaq fotoları

Sputnik Azərbaycan həftə ərzində dünyanın məşhur fotoqraflarının çəkdiyi maraqlı şəkilləri diqqətinizə təqdim edir.
Sputnik
Yola saldığımız həftə hadisələrlə zəngin olub. Lakin dünyanın bütün ölkələri üçün vacib olan hadisə Pekində başlayan XXIV Qış Olimpiya oyunlarıdır.
Pekin dünya idman tarixində həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhərdir. Həm Pekin, həm də dünyanın başqa şəhələri bu həftə rəngli görüntülərə səhnə olub.
ABŞ-ın Pensilvaniya ştatı Marmot Gününün 136-cı ildönümünü qeyd edib. Uruqvay gender zorakılığı əleyhinə aksiyalarla dünyanın gündəminə gəlib. Digər ölkələrdə də nümayişlər, aksiyalar, təbii fəlakətlər fotoqrafların diqqətindən yayınmayıb.
Sputnik Azərbaycan həftə ərzində dünyanın məşhur fotoqraflarının çəkdiyi maraqlı şəkilləri diqqətinizə təqdim edir.
1 / 24

Qadınlar Uruqvayın Montevideo şəhərinin mərkəzində gender zorakılığına qarşı yürüş zamanı çıxış edirlər.

2 / 24

Nümayişçi yolda çətirin altında oturaraq Çilinin İkike şəhərinin girişini bağlayıb.

3 / 24

İnsanlar Cokyakartada Yeni Pələng ilinin ilk günündə əyləncə parkında sabun köpüyü ilə əylənirlər.

4 / 24

Braziliyanın Franko-da-Roşa şəhərində leysan yağışları nəticəsində evlər altında torpaq sürüşməsi.

5 / 24

İspaniyanın Pireney kəndləri olan İturen və Zubieta arasında karnaval.

6 / 24

Papa Fransisk Vatikandakı kiçik heykəlinə baxır.

7 / 24

Merilend ştatının Baltimor şəhərində həyatlarını itirən üç yanğınsöndürənin dəfn mərasimindən sonra gənc bir təkər üzərində velosiped sürür.

8 / 24

Burkina-Fasonun Uaqaduqu şəhərindəki qranit mədənində qadınlar maaş almaq üçün növbəyə düzülüblər.

9 / 24

İndoneziyanın Teqala limanında balıqçılara məxsus ənənəvi taxta qayıqlarda yanğın.

10 / 24

Hotel heyəti Tokiodakı “Hoshinoya Tokyo”da qonaqları COVID-19-dan qoruyan “Lantern Dining Experience”ni nümayiş edirlər.

11 / 24

Pekinin “Şoudu” Hava Limanında teleskopik trapda qoruyucu geyimlərdə tibb işçiləri.

12 / 24

2 fevral 2022-ci ildə Pensilvaniya ştatının Panksatoni şəhərində Marmot Gününün 136-cı illinin qeyd edilməsi zamanı Marmot Filin öz kölgəsini görməsi səbəbindən yazın gec olacağı proqnozlaşdırılıb.

13 / 24

Burkina-Fasonun Uaqaduqu şəhərində küçədə parik satıcısı.

14 / 24

Paris yaxınlığındakı Le-Burje Milli Aviasiya və Kosmonavtika Muzeyində mərhum dizayner Pyer Karden tərəfindən yayımlanmamış layihələrinin və Pyer Karden dizayn studiyasından yeni kolleksiyanın nümayişi.

15 / 24

ABŞ-ın vitse-prezidenti Kamala Harris Vaşinqtona gedərkən İkinci Hava Qüvvələrinin təyyarəsinin göyərtəsində.

16 / 24

Keniyanın Nayrobi şəhərində xoruzlar küçədə döyüşürlər.

17 / 24

Hind okeanında Fransanın La Reünyon adasının şərqindəki Sen-Benua yaxınlığında güclü dalğaların mənzərəsi.

18 / 24

ABŞ-ın Noksvill şəhərində “Tennessi” komandasının çirliderləri Tennessi və Texas A&M arasında basketbol oyunu zamanı şou göstərirlər.

19 / 24

Ekvadorun Kito şəhərindəki Laqaska rayonunda güclü yağışın səbəb olduğu torpaq sürüşməsindən sonra qadın iti ilə palçıq basmış küçədə gəzir.

20 / 24

Argentinanın paytaxtı Buenos-Ayres şəhərindəki Ədalət Sarayı qarşısında məhkəmə sisteminin islahatı tələbi ilə etiraz aksiyalarında iştirak edən etirazçılar.

21 / 24

Kamerunun paytaxtı Yaunde şəhərindəki “Mvoq Ada” bazarında başında ayaqqabı olan kişi.

22 / 24

Danimarkanın qadın hokkey komandasının üzvləri Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarının açılışına hazırlıq zamanı buz üzərində selfi çəkdirirlər.

23 / 24

Danimarka şahzadəsi Mariya övladları ilə Kopenhagen zooparkını ziyarət edir.

24 / 24

Braziliyalı turist Londonda Biq Benin qarşısındakı telefon köşkündə şəkil çəkdirir.