BAKI, 6 fevral - Sputnik. Azərbaycanın Goranboy rayonunda dəhşətli cinayət hadisəsi qeydə alınıb. Belə ki, bir ailənini iki üzvü qətlə yetirilib.
DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Hadisə yerində
© Sputnik / Rahim Mammadov
Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.
Hadisə yerində
© Sputnik / Rahim Mammadov
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin "isti izlər"lə açılması təmin olunub.
Hadisə yerində
© Sputnik / Rahim Mammadov
Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.