Rusiya Pekin Olimpiadasında ilk medalı qazandı

Skiatlonda xizəkçilər klassik kursda məsafənin yarısını qət edir, bundan sonra ikinci yarıya konki yürüşü ilə gedirlər.
Sputnik
BAKI, 5 fevral - Sputnik. Rusiyalı xizəkçi Natalya Nepryayeva skiatlonda ikinci yeri tutaraq milli komandasına XXIV Pekin Qış Olimpiya Oyunlarının ilk medalını gətirib.
Norveçli Teresa Yohauq olimpiya çempionudur, avstriyalı Tereza Stadlober də ilk üçlüyə daxil olub.
Skiatlonda xizəkçilər klassik kursda məsafənin yarısını qət edir, bundan sonra ikinci yarıya konki yürüşü ilə gedirlər.
Qeyd edək ki, Pekin Olimpiadası çərçivəsində yarışlar fevralın 20-dək davam edəcək.
Pekin Olimpiya hərəkatı tarixində həm Qış, həm də Yay Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhər olub. Belə ki, 2008-ci ildə Çinin paytaxtı Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.
RİA Novosti
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.