BAKI, 5 fevral — Sputnik. Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 5 fevral 2022-ci il tarixində gün ərzində Binəqədi rayonu Xocasən və Sulutəpə qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Qeyd edək ki, bundan öncə magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 02 fevral 2022-ci il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.