HƏRBİ

Müdafiə Nazirliyi: andiçmə mərasimlərinə getməyin!

Nazirlik valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyiə çağırır.
Sputnik
BAKI, 5 fevral - Sputnik. Ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan v\ əsgər valideynlərinə ünvanlanmış müraciətdə deyilir.
"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.
Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - nazirlikdən qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.