FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Polad Bülbüloğlunun doğum günüdür

Xalq artistinin yaradıcı və peşəkar obrazı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, görkəmli bəstəkar Qara Qarayevin bəstəkarlıq sinfində formalaşıb.
Sputnik
BAKI, 4 fevral — Sputnik. Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu doğum gününü qeyd edir.
1 / 14

Məmmədovlar ailəsi (şəkildə Polad sağdan ikincidir). Görkəmli ifaçı və bəstəkar 1945-ci il fevralın 4-də Bakıda əfsanəvi Azərbaycan müğənnisi Bülbülün ailəsində dünyaya gəlib.

2 / 14

Polad və atası. İfaçını ilk dəfə müşayiətçi qismində səhnəyə çıxaran da atası olub.

3 / 14

Lyudmila Qurçenko, Müslüm Maqomayev və Polad Bülbüloğlu. Xalq artistinin dostlarından biri də əfsanəvi Müslüm Maqomayev olub. Onlar qonşu mənzillərdə böyüyüb və uşaqlıqdan ayrılmaz olublar.

4 / 14

Uzun illər o, həm müğənni, həm də bəstəkar kimi fəaliyyət göstərib, Azərbaycan musiqi mədəniyyətini fəal şəkildə təbliğ edib. Müğənni Polad Bülbüloğlu Moskva Müzikl Teatrında "Polad Bülbül oğlu. Dostlar üçün axşam" adlı konsertdə çıxış edərkən.

5 / 14

Müğənni Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin yeganə nümayəndəsidir ki, onun şərəfinə 2000-ci ilin fevralında Moskvada “Ulduzlar meydanı”nda ulduz yerləşdirilib.

6 / 14

Polad Bülbüloğlu uzun illər Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri, 1988-ci ildən isə Azərbaycan Respublikasının mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.

7 / 14

İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edir. Azərbaycan Prezidenti 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

8 / 14

Polad Bülbüloğlu Şuşa azad edildikdən sonra öz evində.

9 / 14

Polad Bülbüloğlu “Rus meşəsinin nağılları”, “Qorxma, mən səninləyəm”, “Sovet dövrünün parkı” və digər filmlərdə baş rollara çəkilib.

10 / 14

Rusiya Prezidenti Vladimir Putin (solda) və Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Kremldə dövlət mükafatlarının təqdimetmə mərasimində.

11 / 14

Müğənni Polad Bülbüloğlu Moskva Müzikl Teatrında "Polad Bülbül oğlu. Dostlar üçün axşam" adlı konsertdə çıxış edərkən.

12 / 14

Müğənni, bəstəkar Polad Bülbüloğlu “Rossiya Seqodnya” beynəlxalq multimedia mətbuat mərkəzində Rusdilli Yayımçıların IV Beynəlxalq Forumunda.

13 / 14

Polad Bülbüloğlunun abidəsinin açılışı.

14 / 14

Polad Bülbüloğlu Şuşada, Cıdır düzündə.

Görkəmli ifaçı, bəstəkar 1945-ci il fevralın 4-də Bakıda əfsanəvi Azərbaycan müğənnisi Bülbülün ailəsində anadan olub. Xalq artistinin yaradıcı və peşəkar obrazı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, görkəmli bəstəkar Qara Qarayevin bəstəkarlıq sinfində formalaşıb.
İfaçını ilk dəfə müşayiətçi qismində səhnəyə çıxaran məhz atası Bülbül olub. Xalq artistinin dostlarından biri də əfsanəvi Müslüm Maqomayev olub. Onlar qonşu mənzillərdə böyüyüb və uşaqlıqdan ayrılmaz olublar.
Uzun illər o, həm müğənni, həm də bəstəkar kimi fəaliyyət göstərib, Azərbaycan musiqi mədəniyyətini fəal şəkildə təbliğ edib.
Polad Bülbüloğlu “Rus meşəsinin nağılları”, “Qorxma, mən səninləyəm”, “Sovet dövrünün parkı” və digər filmlərdə baş rollara çəkilib. İyirmidən artıq filmə musiqi yazıb.
İstedadı sayəsində Xalq artisti bütün dünyada şöhrət qazanıb. Məhz buna görə də, Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin yeganə nümayəndəsidir ki, onun şərəfinə 2000-ci ilin fevralında Moskvada “Ulduzlar meydanı”nda ulduz yerləşdirilib.
Polad Bülbüloğlu uzun illər Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri, 1988-ci ildən isə Azərbaycan Respublikasının mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.