NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti 94 dollardan aşağı düşüb

Dünən OPEC-in iclasında cari neft bazarının əsasları və perspektivlərilə bağlı konsensus nəzərə alınmaqla, istehsalçı ölkələr istehsalın artırılması ilə bağlı qərar qəbul ediblər.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,09 dollar azalaraq 93,65 dollar olub.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,40 dollar azalaraq 89,07 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,50 dollar ucuzlaşaraq 87,76 dollar olub.
OPEC+ gündəlik neft hasilatına dəyişiklik edib
Fevralın 2-də OPEC və qeyri-OPEC (OPEC+) nazirlərinin 25-ci iclası keçirilib.
Videoformatda keçirilən iclasda cari neft bazarının əsasları və perspektivlərilə bağlı konsensus nəzərə alınmaqla, istehsalçı ölkələr istehsalın artırılması ilə bağlı qərar qəbul ediblər.
Qərara əsasən, 18 iyul 2021-ci ildə keçirilən iclasda təsdiq edilmiş hasilatın tənzimlənməsi planı və aylıq hasilatın tənzimlənməsi mexanizmini təsdiq edərək, əlavə edilmiş cədvələ uyğun olaraq, 2022-ci ilin mart ayı üçün aylıq ümumi hasilatın gündəlik 0,4 milyon barel artırılması qərarı təsdiqlənib.
Qeyd edək ki, OPEC-in iclasından sonra neft qiymətləri ucuzlaşmağa başlayıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 2-də (94,74) qeydə alınmışdı.