CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdə sosial-məişət xidməti göstərilən tənha ahıl və əlillərin sayı açıqlanıb

Hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 nəfər tənha ahıl və əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Evdə sosial-məişət xidməti göstərilən tənha ahıl və əlilliyi olan vətəndaşların sayı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov belə şəxslərin sayının 4 941 nəfər olduğunu deyib.
Onun sözlərinə görə, hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 nəfər tənha ahıl və əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir: "Həmin vətəndaşlardan 4326 nəfəri ahıl, 615 nəfəri isə 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslərdir. Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821 nəfəri əlilliyi olan şəxslərdir".
V.Behbudov bildirib ki, hazırda 739 sosial xidmətçi və 27 sosial agent həmin şəxslərə evdə sosial-məişət xidməti göstərir.