BAKI, 2 fevral — Sputnik. "Dövlət xəstəxanalarında test olunmuş xəstə sayı çox olduğundan cavablar müəyyən qədər gecikir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar "Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu problem bütün dünyada var:
"Dövlət xəstəxanalarında test olunmuş xəstə sayı ilə özəl xəstəxanada test olunmuş xəstə sayı eyni deyil. Özəl xəstəxanalarda daha az insan test verir. Buna görə də cavablar daha tez çıxır. Xəstə sayı artdıqca nəticələrin alınma müddəti uzana bilər. Həmçinin özəl xəstəxanalarda ekspress test xidməti var ki, onların da cavabı daha erkən verilir", - deyə o bildirib.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə COVID-19 virusunun yeni mutasiyasına yoluxan şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi "müsbət" olan şəxslərə və onların müəyyən olunmuş "sıx təmaslı"larına da şamil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.