BAKI, 2 fevral - Sputnik. Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşü istisna etməyib.
"Bu, yaxın saatlarda bizim müzakirələrdəki proqresdən asılıdır. Ancaq heç nəyi istisna etmirəm", Makron jurnalistlərin Rusiya lideri ilə görüşünün mümkünlüyü barədə suallarını cavablandırarkən deyib.
Bazar ertəsi Putinlə Makron telefonla danışıblar. Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər şəxsi görüşün operativ surətdə hazırlanması barədə razılığa gəliblər. Onlar həmçinin Ukrayna ətrafındakı böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri çərçivəsində fikir mübadiləsi aparıblar.
Emmanuel Makron eləcə də bildirib ki, yaxın saatlarda ABŞ lideri Co Baydenlə Ukrayna məsələsini telefonla müzakirə edəcək.
Emmanuel Makron eləcə də bildirib ki, yaxın saatlarda ABŞ lideri Co Baydenlə Ukrayna məsələsini telefonla müzakirə edəcək.
"Son günlər mən avropalı həmkarlarımla bir neçə görüş keçirmişəm, Rusiya Prezidenti Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə də bir neçə dəfə danışmışam. Yaxın saatlarda isə Prezident Baydenlə danışacağam", - Makron deyib.
Yelisey çöllərinin Facebook səhifəsi brifinqi canlı yayımlayıb.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Baş naziri Boris Consonla da telefonla danışıb. Əsas müzakirə mövzusu Ukrayna ətrafındakı böhran, eləcə də NATO-nun şərqə doğru genişlənməsinə dair Rusiyanın təhlükəsizlik zəmanətləri olub.
Pentaqon isə bəyan edib ki, yaxın günlərdə Avropaya - Rumıniya, Polşa və Almaniyaya təxminən 2 min hərbçi göndərəcək. Bu barədə qurumun nümayəndəsi Con Kirbi brifinqdə deyib.
Kirbi vurğulayıb ki, hərbçilər bölgəyə "birdəfəlik" göndərilmirlər, bu, Amerikanın regiondakı müttəfiqlərinə dəstək göstərmək məqsədilə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.