BAKI, 1 fevral - Sputnik. ABŞ və NATO-nun təhlükəsizlik zəmanəti sorğusuna cavabı ilə bağlı Rusiyanın mövqeyinin idarələrarası koordinasiyası hazırda tamamlanır. Fevralın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə belə deyib.
"Hazırkı mərhələdə biz digər məsələlərlə bağlı ABŞ-dan daxil olan təkliflərin idarələrarası koordinasiyasını başa çatdırırıq. Bu barədə prezidentimizə məlumat verəcəyik", - Rusiya XİN rəhbəri ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbəti barədə jurnalistlərə danışarkən qeyd edib.
Lavrovun sözlərinə görə, Blinken deyib ki, təhlükəsizliyin bölünməzliyi ilə bağlı müzakirə mövzusu var.
"Mən Entoni Blinkenə etiraf etdim ki, bu, hələ də ört-basdır edilməsinə icazə verməyəcəyimiz mövzudur. Biz düzgün söhbətə, eləcə də Qərbin niyə öz öhdəliklərini yerinə yetirmək istəmədiyinə və ya onları öz mənafelərinə uyğun yerinə yetirmək istədiyinə dair izahat verməsinə israr edəcəyik. Toni Blinken razılaşdı ki, burada gələcək danışıqlar üçün predmet var. Görək işlər necə gedir”, - Rusiya XİN rəhbəri bildirib.
Eyni zamanda o, Rusiyanın bir sıra NATO ölkələrinin təhlükəsizliyin bölünməzliyi mövzusundakı mövqeyindən təşvişə düşdüyünü diqqətə çatdırıb.
Onun sözlərinə görə, ABŞ ilə NATO-nun əsas məsələyə - 1999-cu ildə İstanbulda, eləcə də 2010-cu ildə Astanada ATƏT çərçivəsində əldə olunmuş təhlükəsizliyin bölünməzliyi ilə bağlı razılaşmaların vicdanla həyata keçirilməsinə reaksiyası mənfi olub.
Lavrov vurğulayıb ki, həmin sazişlər nəinki ittifaqların seçim azadlığını təmin edir, həm də alyansların seçim azadlığı, başqalarının təhlükəsizliyinə müdaxilə hesabına təhlükəsizliyi gücləndirmək istiqamətində addımlardan qaçmaq zərurətini şərtləndirir.
“Bizi o da narahat edir ki, digər NATO ölkələri, məsələn, Fransa xarici işlər naziri vasitəsilə yaxınlarda İstanbul Xartiyası, həmçinin Astana Bəyannaməsinin qəbulundan əvvəlki sənədlər əsasında təhlükəsizliyin təmin edilməsinin vacibliyində israrlı olduqlarını bəyan etdilər. Onlar o sənədə istinad etdilər ki, orada 1990-cı il ATƏT-in Paris sammitində öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməmək tələbi yox idi”, - Lavrov deyib.