AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prokuror qohumunu öldürən şəxsə 20 il həbs cəzası istəyib

Qətlə yetirilən T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi Rayon Polis İdarələrində müxtəlif vəzifələrdə, o cümlədən paytaxtın iki polis bölməsində rəis olub.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Prokuror xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edib.
Proses fevralın 15-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında qeydə alınıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü ((xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.
Qətlə yetirilən T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi Rayon Polis İdarələrində müxtəlif vəzifələrdə, o cümlədən paytaxtın iki polis bölməsində rəis olub.
Polis polkovniki T.Tağıyev bir neçə il öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi.