BAKI, 1 yanvar - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib.
Dövlət başçısının Twitter hesabındakı paylaşımında deyilir:
"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm".
Qeyd edək ki, sabah - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Gənclər Günü 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev bu gün "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, gənclərlə iş, ictimai, sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: