BAKI, 1 fevral — Sputnik. İspaniya milli rəqs teatrı "Flamenco Live"-in aktyor-rəqqasları Heydər Əliyev Sarayının səhnəsində "Romeo və Cülyetta əfsanəsi" musiqili flamenko tamaşasını təqdim ediblər. Tamaşa Vilyam Şekspirin klassik əsərinin motivləri əsasında hazırlanıb. Əsrlər boyu davam edən nifrətə və ölümə qalib gələn yasaq sevgi hekayəsi bu dəfə tamaşaçılara flamenko rəqsinin prizmasından nümayiş etdirilib.
"Flamenco Live" peşəkar aktyorları bir araya gətirən beynəlxalq səviyyəli unikal sənət layihəsidir. İştirakçılar altı ifaçıdan ibarətdir: bir rəqqasə, bir rəqqas, iki gitaraçı, iki vokalçı. Layihənin direktoru Aleksandr Zuborevdir.