BAKI, 1 fevral - Sputnik. Bakıda gənc qız əcnəbilərin hucumuna məruz qalıb.
Hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hucumuna məruz qalıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.
L.Əliyeva "Report"a bildirib ki, hadisə onun ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər.
Hadisənin təfərrüatı araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: