NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin orta qiyməti ötən ay qismən artıb

Ötən ay ən yüksək göstərici (yanvarın – 28-i) 94,66 dollar təşkil edib, ən minimal göstərici isə (yanvarın – 4-ü) 82,49 dollar səviyyəsində olub. Ay ərzində Azərbaycan neftinin qiyməti 14,2% və ya 11,71 dollar artıb
Sputnik
BAKI, 1 fevral — Sputnik. Bu ilin yanvar ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 89,4 ABŞ dollarına bərabər olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, 2020-ci ilin yanvar ayının eyni göstəricisi ilə müqayisədə 33,83 dollar və ya 60,9% çoxdur.
2020-ci ilin dekabr ayı ilə müqayisədə isə bu ilin yanvarında Azərbaycan neftinin 1 barelinin orta qiyməti 13,2 dollar (və ya 17,3%) artıb.
Qeyd edək ki, ötən ay ən yüksək göstərici (yanvarın – 28-i) 94,66 dollar təşkil edib, ən minimal göstərici isə (yanvarın – 4-ü) 82,49 dollar səviyyəsində olub. Ay ərzində Azərbaycan neftinin qiyməti 14,2% və ya 11,71 dollar artıb.