BAKI, 31 yanvar — Sputnik. Suqovuşanda avtomatlar aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayonun işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən körpülərinin birinin alt hissəsindən 3 ədəd "AKM" markalı avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkarlayıblar.
Aşkar olunan 2 pulemyot, 2 ədəd "Faqot" və 1 ədəd "Kornet" tipli tank əleyhinə idarə olunan raket kompleksi, 4 qumbara, 3 avtomat sandığı, müxtəlif növ 18 mərmi, 317 patron aidiyyəti üzrə təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.