SƏHİYYƏ

Neçə anticisim adamı COVID-dən qoruya bilər?

Orqanizmdə anticisim sayı müəyyən həddə çatanda hətta ölüm halını da istisna edə bilir.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Virusoloq, Rusiya EA-nın müxbir üzvü Sergey Netesov 360 telekanalına müsahibəsində orqanizmdə koronavirusa qarşı neçə anticismin xəstəliyi yüngül keçirməyə kömək etdiyini açıqlayıb.
"Bir sıra elmi məqalələrə görə, əgər anticisim səviyyəsi 500-dən çoxdursa, o zaman 99% əmin olmaq olar ki, "delta" ştammına yoluxarsa, adam xəstəliyi ağır keçirməyəcək və öləməyəcək", - Netesov deyib.
Həkim bildirib ki, immun cavabının səviyyəsini təyin edən test sistemlərinin həssaslığı bir-birindən fərqlənir, onların yuxarı həddi 500 anticisimdən başlayır və 7000-ə çatır.
"Yəni 500-dən yuxarı anticisim yaxşıdır, 200-dən aşağıdırsa, vaksin vurdurmaq gərəkdir", - mütəxxəssis bildirib.
Bundan öncə həkim-immunoloq Mariya Polner koronavirus aşkarlandıqdan sonra immunitetin stimullaşdırılmasının nəticələrindən danışıb. Onun sözlərinə görə, immunitet preparatlarla stimullaşdırılarsa, o zaman immun sisteminin reaksiyası nəzarətdən çıxa bilər: sistem orqanizmin hüxeyrələrini "düşmən" kimi qəbul edə bilər, nəticədə hətta sitokin şoku əmələ gələrək xəstəliyin gedişatını ağırlaşdıra bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.