MƏDƏNİYYƏT

"Miloslavski" dünyasını dəyişdi

Aktyorla vida və vəfat mərasiminin tarixi dəqiqləşdirilir.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Rusiyanın Xalq artisti, Sovet kinosunun görkəımli nümayəndələrindən biri olan Leonid Kuravlev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Kinematoqrafçılar İtitfaqından xəbəri təsdiqləyiblər. Qeyd olunur ki, o, 86 yaşında dünyasını dəyişib.
"Leonid Vyaçeslavoviç vəfat edib, biz onun oğlu ilə əlaqədəyik", - deyə ittifaqdan agentliyə bildirilib.
Aktyorla vida və vəfat mərasiminin tarixi dəqiqləşdirilir.
Aktyor Leonid Kuravlyov
Aktyor "Afonya", "İvan Vasilyeviç peşəsini dəyişir", "Görüş yerini dəyişmək olmaz", "Ən füsunkar və cazibədar", "Qızıl buzov" və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.