FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Keçəllərin üsyanı, podiumda at, Papa ilə toy və həftənin digər maraqlı anları - FOTO

Ötən həftə dünyada baş verən hadisələrin ən parlaq anları müxtəlif agentliklərin fotomüxbirlərinin prizmasından süzülərək Sputnik Azərbaycan-ın həftəlik fotolentində toplanıb.
Sputnik
Yola saldığımız həftə şimal yarımkürəsi ölkələrinin əsasən qarla mübarizəsi ilə yadda qaldı. Ancaq soyuqlara rəğmən Fransada dövlət qulluqçuları küçələrə tökülüşüb maaş azlığına görə etiraz etdilər, türklər isə aeroportlar bağlanıb, yollar buz bağlasa da qarın keyfini də çıxara bildilər.
1 / 22

Parisdə keçirilən 2022-ci ilin yaz-yay mövsümünün yüksək moda nümayişində model moda dizayneri Stefan Rollandın libasında.

2 / 22

Afinada anomal qarın yağması zamanı Parfenon məbədinin mənzərəsi.

3 / 22

Seulda yeni hökumətin sosial uzaqlaşdırma qaydalarına qarşı etiraz aksiyası zamanı biznes sahibləri başlarını qırxdırırlar.

4 / 22

Kemerovodakı "Luskus" xizək kompleksi ərazisindəki trasda motokros üzrə Kuzbass Kuboku yarışlarında iştirakçılar.

5 / 22

Rio-de-Janeyroda keçirilən elektron musiqi festivalında qızlar.

6 / 22

Pakistanın Nilum vadisində yaralı bəbirin xilas edilməsi və nəqli.

7 / 22

Hindistan Dəmiryol Mühafizə Qüvvələrinin əməkdaşları Heydərabadda Respublika Gününün qeyd olunması zamanı yürüşdən əvvəl selfi çəkdirirlər.

8 / 22

Parisdə əmək haqqı və məşğulluq müdafiəsi üzrə Fransa dövlət qulluqçularının etiraz aksiyası.

9 / 22

Pekində dəmiryol vağzalının yanında plastik torba ilə örtülmüş qadın.

10 / 22

Parisdə "Chanel Haute Couture" kolleksiyasının nümayişi.

11 / 22

Fələstinli gənclər İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı qalxanın arxasında gizlənirlər.

12 / 22

Qadın Malavinin Kandjedza kəndində "Ana" tropik qasırğası nəticəsində dağılmış evinə baxır.

13 / 22

Madaqaskarın Antananarivu şəhərinin Ankadifotsi rayonunda baş vermiş dağıntılarda yanğınsöndürənlər.

14 / 22

Brüsseldə COVID-19-a qarşı mübarizə tədbirlərinə qarşı nümayiş.

15 / 22

İstanbulun Kiçikçəkməcə rayonunda qarda xizək sürən uşaqlar.

16 / 22

Gələcəkdə dəmiryol işçilərinin seçilməsi üzrə imtahan komissiyasının işindən narazı qalan hindistanlı tələbələr qatarı yandırıblar.

17 / 22

Kristian və Skubi ABŞ-ın "Ed and Rae Schollmaier Arena"sında "TCU Horned Frogs" və "Texas Longhorns" arasında keçirilən oyun fasiləsində çıxış edirlər.

18 / 22

Fransalı modelyer Aleksis Mabilin "Haute Couture" Yaz-Yay 2022 kolleksiyasının Parisdə nümayişi.

19 / 22

Fransanın Nant şəhəri yaxınlığındakı Le Peller tarlasının üzərindən günəş doğmasının mənzərəsi.

20 / 22

Yeni evlənənlər və Papa Fransisk Vatikanda VI Pavel Zalında həftə ərazində ümumi qəbulu zamanı.

21 / 22

Qəndəharda gənclər daşqın sularında velosiped sürürlər.

22 / 22

Qızlar Banqkokda Çin təqviminə görə yeni ili qeyd etməzdən əvvəl poza verirlər.

Dəb aşiqləri həvəslərindən qalmadılar. Parisdə yüksək moda nümayişində "Chanel Haute Couture" kolleksiyasının təqdimatı zamanı səhnəyə hətta at da çıxdı.
Bu arada, omikron ştammı ilə dünyada tüğyan edən koronavirusu yada salan yoxdur. Dünyanın müxtəlif nöqtələrində insanlar kütləvi toplaşaraq bayram da keçirirlər, etiraz da, festival da.
Ötən həftə dünyada baş verən hadisələrin ən parlaq anları müxtəlif agentliklərin fotomüxbirlərinin prizmasından süzülərək Sputnik Azərbaycan-ın həftəlik fotolentində toplanıb.