TƏHSİL

Yeni qaydalar məktəbdaxili münasibətləri tənzimləyəcəkmi?

Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. "Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.
Qeyd edək ki, son bir həftədir məktəblərdə şagirdlərin intizamsız davranışlarını əks etdirən videogörüntülər paylaşılır.
Sosial şəbəkələrdə 165 saylı məktəbin 9-cu sinfində oxuyan bir qrup şagirdin məktəbdə çəkdiyi video bunu sübut edən onlarla faktdan biridir. 165 nömrəli tam orta məktəbdə şagirdlərin qeyri-etik hərəkətlərini əks etdirən videogörüntü yayıldıqdan sonra fənn müəllimi cəzalandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ey töhmətli müəllim!
Şagird-müəllim münasibətləri barədə yeni qaydalar: Komitə valideynlərə çağırış etdi
Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO
Müəllimə bir töhmət, valideynə iki: bu yükü hər kəs boynuna götürməlidir