Beynəlxalq Travel Photographer of the Year mükafatı 2003-cü ildə yaradılıb. Həmin vaxt qlobal foto müsabiqələri çox az idi. İndi isə bu müsabiqədə iştirak üçün 140 ölkədən ərizə daxil olur.
İdeyanın təşəbbüskarları səyahəti əks etdirən kadrların bayram şəkilləri və qəşəng açıqcalardan daha böyük təəssürat yaratdığını göstərmək istəyiblər.
Trevel fotoqrafiya mənzərədən yeməyə, memarlıqdan insanlara, reportajdan vəhşi təbiətədək ən geniş spektrdə janr və süjetə müraciət etməyə imkan yaradır. Səyahətçi fotoqraflar çoxtərəfli bacarıqlara malik olmalı, müxtəlif tipli şəkillər çəkə bilməli və istənilən işıqlandırmada işləməyi bilməlidirlər.
Travel Photographer of the Year (TPOTY) mükafatlarını bu sahənin ekspertləri və aparıcı fotoqrafları təqdim edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.