NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan ötən il ən çox neft məhsullarını hansı ölkələrə ixrac edib? - SİYAHI

Hesabat dövründə Azərbaycandan ümumilikdə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Ötən il Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 12 milyon 581,6 min ton, dəyəri isə 6 milyard 64,5 milyon ABŞ dolları olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
2021-ci ildə ölkəmizdən İsrailə 887,5 milyon dollarlıq 1 milyon 710,7 min ton, Xorvatiyaya 751,2 milyon dollarlıq 1 milyon 530,6 min ton, Almaniyaya 628,1 milyon dollarlıq 1 milyon 164,5 min ton, Portuqaliyaya 587 milyon dollarlıq 1 milyon 160,9 min ton, Hindistana 584,1 milyon dollarlıq 1 milyon 261,3 min ton, İspaniyaya 552,6 milyon dollarlıq 1 milyon 270,8 min ton, Tunisə 506,1 milyon dollarlıq 1 milyon 6,9 min ton, Ukraynaya 373,4 milyon dollarlıq 848,9 min ton, Böyük Britaniyaya 368,6 milyon dollarlıq 714 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 13 milyard 218,9 milyon dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.