BAKI, 29 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,49 ABŞ dolları və ya 1,6% artaraq 94,66 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 21-də (92,89) qeydə alınıb. Ötən il Azərbaycan neftinin ən yüksək göstərici 88,19, ən minimal göstərici isə 50,92 dollar olub.
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 26,4 milyon yanacaq daşınıb
Keçən il magistral kəmərlərlə 35 milyon 18 min ton neft nəql edilib. Nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.