BAKI, 29 yanvar — Sputnik. "Mövsümün sonu" filmi Almaniyanın 11 şəhərində nümayişə çıxır. Sputnik Azərbaycan xəbər verir ki, ekran işi Berlin daxil olmaqla digər şəhərlərin kinoteatrlarında təqdim ediləcək.
Filmi fevral ayının 17-dən Almaniyada kinoteatral prokata çıxır. Bununla da "Mövsümün sonu" Azərbaycanın müstəqillik dövründə Almaniyada nümayiş olunacaq ilk filmdir. Eyni zamanda, filmin dünya premyerası olacaq.
Məlumat üçün bildirək ki, film Azərbaycanda boşanma ərəfəsində olan, azad ruhlu kiçik ailədən bəhs edir. Oğul Mahmud həyəcanla özünə ev axtarır: ana Fidan ailəsinin xidmətinə həsr etdiyi illərdən sonra öz əvvəlki həyatını geri arzulayır. Ata Samir sadəcə yalnız qalmaq istəyir...
Filmin rejissoru Almaniyada təhsil almış və orada yaşayan azərbaycanlı rejissor Elmar İmanovdur. O, Rusiya, Almaniya, Gürcüstanda keçirilən beynəlxalq festivalların mükafatlarına layiq görülüb.
Filmdə aktyorlar İlqarə Tosova, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Qurban İsmayılov, Mövsüm Mirzəzadə və başqaları çəkiliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.